Rövzət Qasımov: “İlk dəfə səs verəcək seçicilər üçün xüsusi seçici kartları hazırlanıb”
"Növbədənkənar parlament seçkisində ilk dəfə səs verəcək seçicilər üçün xüsusi seçici kartları hazırlanıb". AYNA Oxu.Az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurum sədrinin müavini Rövzət Qasımov deyib.
O, həmçinin əlavə edib ki, görmə məhdudiyyətli seçicilər üçün artıq trafaretlər çap edilib və məntəqələrə paylanılıb.