Hadisə nəticəsində 6 nəfər xəsarət alıb
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, rayon ərazisində Xan Qərvənd kənd sakini 1971-ci il təvəllüdlü E.Rüstəmovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla, Tərtər sakini 1964-cü il təvəllüdlü S.Musayevin idarə etdiyi “Niva” markalı minik maşını toqquşub.
Hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alanlar 1984-cü il təvəllüdlü A.Əmrahova, 1994-cü il təvəllüdlü D.Məmmədov, 1971-ci il təvəllüdlü E.Rüstəmov, 1991-ci il təvəllüdlü B.Novruzova, 1995-ci il təvəllüdlü A Məmmədov və 1984-cü il təvəllüdlü S.Musayevdir.
Xəsarət alan şəxslər Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. TƏBİB-dən verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda 3 nəfərin müalicəsi Cərrahiyyə və Reanimasiya şöbələrində müalicələri davam etdirilir. Digər 2 nəfərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisə nəticəsində xəsarət alan 1 nəfər ilkin tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.