Onların hər biri 200 manat məbləğində cərimə olunublar
Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində xidmət apararkən Qobustan rayon sakinləri Şahmirzə Balayev, Cahid Əliyev və Samir Rahmanovun yaşadıqları yeri xüsui icazəyə malik olmadan tərk etdiklərini aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) əsasən protokol tərtib edilib. Onların hər biri 200 manat məbləğində cərimələnib.