Goranboyda inzibati binadan oğurluq edilib, saxlanılan var

Xəbərlər

06.05.2024 - 21:19

cedabet dərman SEO Xidməti

Binanın mühafizəçisi Elşən Cəlilov saxlanılıb

Goranboyda inzibati binalardan birindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional qrupundan AYNA-ya verilən məlumata görə, Goranboy rayonunda yerləşən inzibati binalardan birindən 880 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Həyata keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, binanın mühafizəçisi Elşən Cəlilov saxlanılıb", - deyə məlumatda bildirilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş