Goranboyda bir qrup şəxs xəstəxanaya hücum edib

Hadisə

28.05.2020 - 09:29

Tibb işçilərini təhqir ediblər və şöbədə şüşələri sındırıblar 

 

Goranboyda xəstəxanaya hücum edən bir qrup şəxs binanın şüşələrini sındırıb.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, ötən gün axşam saatlarında bir nəfər kişi it dişləməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onun yanında olan yaxınları travmatologiya şöbəsinə daxil olaraq, tibb işçilərini təhqir ediblər və şöbədə şüşələri sındırıblar. 

 

Fakt araşdırılır.

Müəllif: Ayna.az