Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib
Goranboyda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.
AYNA-nın “Report”a istinadən məlumatına görə, Goranboy rayon Veyisli kəndində avtomobilin vurduğu 40 yaşlı Əhməd Ərəbov Gəncə şəhərində müalicə aldığı özəl xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.