Biləsuvar gömrük postunda “Foton” markalı yük avtomobilinə rentgen qurğusunda baxış keçirilib
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitədən AYNA-ya bildirilib ki, Biləsuvar gömrük postunda İrandan gələn “Foton” markalı yük avtomobilinə rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı monitorda avtomobilin kabinəsinin bir neçə hissəsində siqaretə bənzər təsvirlər müşahidə edilib.
Əsaslı yoxlama zamanı isə avtomobilin kabinəsinin çöl və daxili hissələrində olan boşluqlarda “Senator White Line”, “Milano” və “Walden” adlı cəmi 31 min 400 ədəd aksiz markasız siqaret aşkarlanıb.