Gömrük nəzarətindən gizlədilən qızıl külçələr aşkarlanıb

Xəbərlər

08.10.2025 - 12:53

37 ədəd “Pamp” markalı, ümumi təqribi çəkisi 365 qram qızıl külçə aşkar edilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd olunub ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı həmin şəxsin gödəkcəsində və əl çantasında gömrük nəzarətindən gizlədilən 37 ədəd “Pamp” markalı, ümumi təqribi çəkisi 365 qram qızıl külçə aşkar edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş