Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – FOTOLENT

Maraqlı

08.09.2024 - 10:34

Həkimlər Klinikalar SEO Xidməti

“Burada mis pullar tapmşam, hansı ki, üzərində Babəki edam etdirən xəlifə Mötəsimin adı yazılıb”

Qalalar xalqların mübarizlik, yenilməzlik, dirəniş rəmzi olub. Bəzən keçilməz çayların arasında, əlçatmaz qayalıqlar üzərində ucaldılan qalalar öz əzəməti, vüqarı ilə düşməndə vahimə yaradıb.

Azərbaycan ərazisi də bu cür qalalarla zəngindir. Maraqlıdır ki, ölkə ərazisində belə tikililərin əksəriyyəti “Qız qalası” adlanır. Bəzi mənbələrə görə, Azərbaycanda 15 Qız qalası var.

Onlardan biri də Yardımlı rayonunun Alar kəndi ərazisində yerləşən Qız qalasıdır. Tarixi abidəyə yol almaq üçün əvvəlcə Alar kəndinə gəlmək lazımdır. Rayon mərkəzindən 26 kilometr məsafədə olan kənd Talış dağlarının yüksək ərazilərində, Peştəsər silsiləsində yerləşir.

Bütün istiqamətlərdən görünən hündür dağın üzərindən ucalan konusvari qaya öz əzəmətli görkəmi ilə insanı valeh edir. Qalanın tarixi barədə dəqiq məlumat yoxdur. Bəzi tarixçilər onun 7-9-cu əsrlərdə, bəziləri isə 9-11-ci əsrlərdə inşa edildiyini düşünürlər.

Ehtimal edilir ki, qala əvvəl ərazidə yaşayan atəşpərəstlərin məbədi olub. Sonradan isə öz təbii quruluşuna görə müdafiə məqsədilə istifadə edilib. Ərazidə əsaslı tədqiqat aparılmadığından onun tarixi də müəmmalıdır.

AYNA-ya danışan yerli tədqiqatçı, Alar kəndinin tarix müəllimi Yusif Kəlbiyev Qız qalası ərazisində yaşayışın hələ daş dövründən başladığnı deyir: “Qalanın ətrafı qədim dövrdən, bəlkə də, orta paleolitdən bu yana yaşayış məskəni olub. Burada yaşayış Babəkin, Xürrəmilərin dövründə kəsilib. Çünki Babək dövründə onun hakimiyyəti altında olan ərazilərdə bütün qalalar müdafiə məqsədilə istifadə olunub. Bura eyni zamanda Xürrəmilər hərəkatının mərkəzlərindən biri olub. Orada mis pullar tapmşam, hansı ki, üzərində Babəki edam etdirən xəlifə Mötəsimin adı yazılıb”.

Qız qalasının arxasında, üzü qalaya baxan böyük bir mağara var. Kəlbiyev bu mağaranın içərisinin 370 kvadrat metr olduğunu söyləyir: “Orada çox böyük mağara var. Çobanlar bir dəfəyə oraya 500-dən çox qoyun sığdırırlar. Lakin burada əsaslı arxeoloji qazıntılar aparılmayıb. 1963-cü ildə Azıx adamını tapan Məmmədəli Hüseynov mağaraya baxıb qayıdıb. Amma qazıntı aparılmayıb. Belə düşünürəm ki, mağara qədim insanların yaşayış məskəni olub. Sonradan girişi uçaraq ağzı genişlənib. Qədim insanlar həmişə girişi dar olan mağaralarda yaşamağa üstünlük veriblər”.

Qız qalasının həndəvərində qədimdə tikililər olub, lakin onlardan heç biri günümüzə gəlib çatmayıb. Bunu ərazidə pərakəndə vəziyyətdə dağılmış bişmiş kərpiclər də sübut edir. Kəlbiyevin sözlərinə görə, ərazi daim “qara arxeoloqların” tədqiqatlarına məruz qalır - tikililər dağıdılır.

Alar kəndinin Qız qalası öz tarixiliyi ilə yanaşı görkəmi ilə də insanı özünə cəlb edir. Bu səbəbdən ölkəmizi tanımaq istəyənlər üçün də maraqlı bir marşrut olduğunu deyə bilərik. Lakin bunun üçün ya hündür dağ avtomobilindən istifadə etməlisən, ya da üzü yoxuşa doğru 3 kilometrdən artıq məsafəni piyada hərəkət etməlisən.

Qayanın başına çıxmaq üçün isə mütləq qayadırmanma bacarığı lazımdır. Təcrübəsi olanlar üçün qayaya çıxmaq o qədər çətin olmasa da, düşmək üçün müəyyən güc sərf etmək lazım gəlir.

Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası – Gizli Azərbaycan: 1 sirrin 15 təcəllası –
Müəllif: İlham Mustafa