“Gerasimovun işğal edilmiş ərazilərdə qoşunların komanddanı təyin edilməsi qaçılmaz ciddi hücumların əlamətidir”
“Valeri Gerasimovun Ukraynadakı birləşmiş qüvvələr qrupunun komandanı vəzifəsinə təyin olunması Rusiyanın yaxın gələcəkdə ciddi hücumlar edəcəyinə işarədir”. AYNA xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşrinin məqaləsində qeyd edilib.
Londonda yerləşən “Mayak Intelligence Konsaltinq” firmasının rəhbəri Mark Qaleotti məqalədə qeyd edib ki, Rusiya Baş Qərargah rəsininin belə bir vəzifəyə təyinatı ciddi hücumların gözlənildiyinin təsdiqidir.
Qeyd edək ki, yanvarın 11-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu işğal olunmuş Ukrayna ərazilərində qoşunların yeni komandanı təyin edib. O, Baş Qərargahın rəisi Valeri Gerasimovdur. Oktyabrın 8-dən bu vəzifəni Sergey Surovikin tuturdu. İndi isə Surovikin Gerasimovun müavinlərindən biri təyin edilib.
Gerasimovun müavinləri Aerokosmik Qüvvələrin komandanı Surovikinlə yanaşı, Quru Qoşunlarının komandanı, general Oleq Salyukov və Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kimdir.