Gəncədə tələbə intihara cəhd edib

Hadisə

16.01.2025 - 11:49

Həkimlər Klinikalar SEO Xidməti

Sevdiyi qıza görə sirkə turşusu içib

Yanvarın 16-da saat 04:30 radələrində 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub. AYNA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"Dəqiqləşdirilməmiş sirkə turşusundan zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilən şəxsin vəziyyəti ağır qiymətləndirilir", - məlumatda deyilir.

Qeyd edək ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü T. Məhərrəmov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal yardım göstərilsə də vəziyyətinin ağır olduğu bildirilir. T. Məhərrəmovun Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olduğu qeyd edilib. Onun sevdiyi qıza görə, sirkə turşusu içdiyi bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş