Gəncədə qanunsuz tikili sökülüb

Xəbərlər

09.08.2024 - 15:29

cedabet dərman SEO Xidməti

Şəhər ərazisində vətəndaş tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən AYNA-ya verilən məlumata görə, həmin tədbirlərin davamı olaraq Gəncə şəhəri ərazisində vətəndaş tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş