Gəncədə oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Xəbərlər

20.05.2024 - 09:37

cedabet dərman SEO Xidməti

Onlar evdən 10800 manatlıq maddi vəsait və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinirlər

Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər sakininə məxsus mənzildən oğruluq etməkdə şübhəli bilinən Sədrəddin Musayev və Eltəkin Hüseynov saxlanılıblar. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, onlar evdən ümümilikdə 10800 manatlıq maddi vəsait və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinirlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş