İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb
Gəncə şəhər Baş Polis İdarəsinin Nizam rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq hadisələri törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 35 yaşlı Elşad İbrahimov may ayının 21-də şəhər ərazisində vətəndaşa məxsus fərdi yaşayış evindən ümumilikdə 1 0140 manat dəyərində müxtəlif qızıl-zinət və məişət əşyalarını oğurlayıb.
E.İbrahimov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.