Qəza nəticəsində zərər çəkənlər xəstəxanaya aparılıb
Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AYNA-nın "Report"a istinadən məlumatına görə, Gəncə şəhər ərazisində başvermiş avtomobil qəzası zamanı 1996-cı il təvəllüdlü E. Yaqubov, 1997-ci il təvəllüdlü E.Yaqubova, 1976-cı il təvəllüdlü A.Məmmədova və 1 azyaşalı xəsarət alıb.
Zərər çəkənlər xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.