Gəncə qapılarının Azərbaycana qaytarılması üçün danışıqlar aparılır

Mədəniyyət

03.02.2022 - 17:42

Anar Kərimov: "Bununla bağlı Gürcüstan tərəfindən yekdil bir rəy yoxdur"

“Gəncə qapılarının taleyi mənim ötən il Gürcüstana səfərimin gündəliyində olan məsələ idi. Biz bu məsələni orada olan aiddiyatı dövlət qurumları ilə müzakirə etdik”.

AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir deyib ki, bununla bağlı Gürcüstan tərəfindən yekdil bir rəy yoxdur: “Biz Gəncə qapılarının danışıqlar vasitəsilə Azərbaycana geri qaytarılmasını müzakirə edirik. Bildiyiniz kimi Gürcüstanla Azərbaycan arasında hökumətlərarası komissiya da var və hətta Azərbaycan tərəfindən bu məsələ komissiyanın gündəliyinə salınıb. Danışıqlar asan yox, ağır gedir. Bizim məqsədimiz qapıların Azərbaycana qaytarılmasıdır”.

Müəllif: Ayna.az