Gəmilərə XƏBƏRDARLIQ

Xəbərlər

20.08.2025 - 18:19

Küləkli hava şəraiti ilə bağlı gəmilərə edilib

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. AYNA.AZ xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Xəbərdarlığa əsasən, avqustun 21-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi avqustun 22-si gündüzədək davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2-3 metrə, sonrakı inkişafda 3-5 metrə çatacağı proqnozlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş