“İstintaq və xilasetmə işlərində həm Gürcüstandan, həm də Türkiyədən 1000-dən çox insan iştirak edir”
“İstintaq üçün vacib olan bütün texniki avadanlıqlar və Türkiyə təyyarələsinin fraqmentləri yoxlanılıb və hazırda onların müayinəsi davam edir”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın daxili işlər naziri Gela Geladze deyib.
Nazirin sözlərinə görə, istintaq və xilasetmə işlərində həm Gürcüstandan, həm də Türkiyədən 1000-dən çox insan iştirak edir.
Geladze Daxili İşlər Nazirliyinin bölmələrinə, Müdafiə Qüvvələrinin nümayəndələrinə və Türkiyə tərəfinə minnətdarlığını bildirib.
Nazir məhkəmə ekspertlərinin və istintaq qrupunun qəza yerində işləməyə davam etdiyini vurğulayıb.
Qeyd edək ki, 11 noyabrda Azərbaycandan Türkiyəyə uçan Türkiyənin “C-130” hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Göyərtədəki 20 hərbçinin hamısı həlak olub.