Gədəbəydə qəza olub: bir nəfər xəsarət alıb

Hadisə

03.01.2025 - 18:57

Həkimlər Klinikalar SEO Xidməti

"Toyota" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gədəbəy rayonunun Slavyanka kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb və bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan şəxs deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş