G7 Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə edəcək

Dünya

13.10.2025 - 11:48

sessiya bu həftə ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək

“Böyük yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri oktyabrın 15-də Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının rəhbər orqanlarının payız sessiyası çərçivəsində Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya dəstək məsələlərini müzakirə edəcəklər. AYNA.AZ “Reuters”ə istinadən xəbər verir ki, sessiya bu həftə ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək.

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs G7 və Avropa İttifaqını Rusiyanın enerji satışından əldə etdiyi gəlirləri azaltmağa və onun xarici aktivlərə çıxışını məhdudlaşdırmağa çağırır. Görüşdə Avropa Komissiyasının dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya 140 milyard avro həcmində “reparasiya krediti” ayırmaq planlarının da müzakirə ediləcəyi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş