G7 Rusiyanın dondurulmuş aktivləri ilə bağlı hələ qərar verməyib

Dünya

25.07.2024 - 12:14

Həkimlər Klinikalar SEO Xidməti

“Bu dəfə heç bir qərar verilmədi, biz müzakirələri davam etdirəcəyik”

“Yeddilik qrupu” (G7) ölkələri Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi ilə bağlı hələ qərar verməyib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki deyib.

Suzuki G7 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərlərinin Rio-de-Janeyroda keçirilən danışıqlarında iştirak edib.

“Bu dəfə heç bir qərar verilmədi, biz müzakirələri davam etdirəcəyik”, - deyə nazir bildirib.

İyun ayında G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən ilin sonuna qədər Ukraynaya 50 milyard dollar ayrılmasını təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş