Daha 115 nəfər Füzuli sakini öz yurduna qovuşub
Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan növbəti köç karvanı ilə yola salınan ailələr Füzuli şəhərinə çatıblar.
AYNA xəbər verir ki, Qarabağın dilbər guşələrindən olan Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 27 ailə olmaqla, 115 nəfər Füzuli sakini öz yurduna qovuşub.