Füzulidə silah-sursat aşkarlanıb

Xəbərlər

19.04.2021 - 16:55

Həkimlər Klinikalar SEO Xidməti

Profilaktik tədbirlər davam etdirilir

 

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərində bir ədəd pulemyot, beş ədəd avtomat, 14 ədəd əl qumbarası, 42 ədəd minaatan mərmisi, 15 ədəd qumbaraatan mərmisi, 47 ədəd avtomat darağı, 5 788 ədəd müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş