Füzulidə avtomobil çaya aşıb

Xəbərlər

14.06.2021 - 14:19

Qəza nəticəsində sürücü ölüb

 

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Rayonun Böyük Bəhmənli kəndi ərazisində Qarakollu kənd sakini Cehun Qarayev idarə etdiyi “Mercedes” markalı avtomobili körpüdən “Quruçay” çayına aşırıb. Qəza nəticəsində o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Müəllif: Ayna.az