Füzuli aeroportunda radiotexniki vasitələrin hazırlığı yoxlanılır - <font color=red> VİDEO</font>

Xəbərlər

22.08.2021 - 16:52

Hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir

 

20-25 avqust tarixlərində Füzuli Beynəlxalq Hava Limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.

 

AYNA xəbər verir ki, yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcəkdir.

 

Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.

Müəllif: Ayna.az