Futbolun inkişafına dair təkliflər paketi hazırlanacaq

İdman

09.04.2024 - 18:11

Azərbaycan Furbol Klubları Komitəsinin növbəti iclası keçirilib

Azərbaycan Furbol Klubları Komitəsinin növbəti iclası keçirilib. AYNA xəbər verir ki, toplantıda AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in texniki-idman direktoru Elgiz Abbasov və Premyer Liqa klublarının nümayəndələri iştirak ediblər.

İclasda ölkə futbolu ilə bağlı müxtəlif məsələlər müzakirə olunub.

Bildirilib ki, növbəti iclasa qədər klublar Azərbaycan futbolunun müxtəlif sahələrinin inkişafına dair təkliflər paketini hazrlayıb təqdim etsinlər.

Müəllif: Ayna.az