Bakıda hakimi döyüblər

İdman

20.11.2019 - 14:50

AFFA-nın İntizam Komitəsi idmançını 10 oyun müddətinə yarışlardan kənarlaşdırıb

 

Futzal üzrə Birinci Liqada 5 noyabrda keçirilən “Baku Fans” – “Baku Fire-2” oyununda kobud davranış baş verib. AYNA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Baku Fans”ın üzvü Eldost Paşayev rəqibi ayaqla bilərəkdən vurub, üstəlik hakimi təhqir edib, ona qarşı fiziki təzyiq göstərib.

 

Nəticədə E.Paşayev birbaşa qırmızı vərəqə alıb meydançadan kənarlaşdırılın. Bütün bunları nəzərə alan AFFA-nın İntizam Komitəsi idmançını 10 oyun müddətinə yarışlardan kənarlaşdırıb.

Müəllif: Ayna.az