Ceyhun Cəlilov Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib
Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.
AYNA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Fuad Nəcəfli 2022-ci ilin dekabr ayında bu vəzifəyə təyin edilmişdi.

Prezidentin digər Sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
Qeyd edək ki, Ceyhun Cəlilov 2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiə naziri vəzifəsində işləyib, 2024-cü il 25 aprel tarixində isə Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilib.