Fransada məscidləri hədəf seçən qrupun işi məhkəməyə göndərilib

Dünya

10.04.2026 - 12:10

“Telegram”da aparılan müzakirələrdə məscidlərin potensial hədəf olduğu bildirilib

Fransada ultrasağ ideologiyası çərçivəsində silah qaçaqmalçılığı və zorakı aktların hazırlanması ittihamı ilə 7 nəfər barəsində materiallar məhkəməyə göndərilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, proses iyulun 3-dək davam edəcək.

Təhqiqat materiallarına görə, 1 hərbçi təqaüdə çıxmış polis vasitəsilə silah əldə edib və onu poçt vasitəsilə ultrasağçı qrupa satıb. Digər hərbçi isə onları qumbara ilə təmin edib.

“Telegram”da aparılan müzakirələrdə məscidlərin potensial hədəf olduğu bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş