Fransada ərzaq məhsulları kəskin bahalaşıb

Dünya

03.01.2024 - 11:18

cedabet dərman SEO Xidməti

Xüsusilə çörəyin, ətin və südün qiyməti kəskin bahalaşıb

Fransada son il yarım ərzində ərzaq qiymətlərində kəskin artım olub. AYNA “Insee” milli statistika institutuna istinadən xəbər verir ki, ölkədə 2022-ci ilin yanvarından 2023-cü ilin avqustuna qədər ərzaq qiymətləri 17,9 % artıb. Xüsusilə çörəyin, ətin və südün qiyməti kəskin bahalaşıb.

“E.Leclerc” supermarketlər şəbəkəsinin rəhbəri Mişel-Eduard Leklerkin sözlərinə görə, yaxın gələcəkdə ərzaq qiymətləri 6-8 % artmaqda davam edə bilər. Belə ki, istehsalçı şirkətlər istehsal xərclərinin artmasına işarə edir ki, bu da qiymətlərin yüksəlməsini zəruri edir.

Qeyd edək ki, aparıcı Avropa ölkələrində ÜDM-in azalması fonunda qiymət artımı qitə iqtisadiyyatının üzləşdiyi çətinliklərdən xəbər verir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş