Nazir: “Bu, ABŞ Prezidenti Donald Trampın adanı ilhaq etmək təhdidləri fonunda siyasi siqnaldır”
Fransa Qrenlandiyada ilk konsulluğunu 6 fevralda açacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot "Politico" qəzetinə verdiyi açıqlamada bildirib.
Nazirin sözlərinə görə, Qrenlandiyanın paytaxtı “Nuukda Fransa diplomatik nümayəndəliyinin yaradılması ABŞ Prezidenti Donald Trampın adanı ilhaq etmək təhdidləri fonunda siyasi siqnaldır”.
Daha əvvəl bildirilmişdi ki, Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen və Qrenlandiyanın Müstəqillik və Xarici İşlər naziri Viviane Motzfeldt qarşıdan gələn görüşlərində ABŞ-ın vitse-prezidenti J.D.Vensi və dövlət katibi Marko Rubionu adaya olan iddialarından əl çəkməyə inandırmaq niyyətindədirlər. Həmçinin qeyd olunub ki, avropalılar danışıqlara fərqli yanaşmaları səbəbindən Vensin Rubio ilə birlikdə görüşü necə keçirəcəyindən narahatdırlar.