Fransa ordusuna hərbi münaqişəyə hazırlaşmaq əmri verilib

Dünya

23.10.2025 - 14:26

Baş Qərargah rəisi ordunu 3-4 ildən sonra böyük hərbi münaqişəyə hazırlaşmağa çağırıb

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Fabien Mandon “ordunu 3-4 ildən sonra böyük hərbi münaqişəyə hazırlaşmağa çağırıb”. AYNA.AZ xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Qəzet Mandondan sitat gətirib: "Silahlı qüvvələr qarşısında qoyduğum ilk vəzifə üç-dörd ildən sonra şoka hazır olmaqdır ki, bu, bir növ sınaq olacaq - bəlkə də hibrid formalarda artıq mövcuddur, amma bəlkə də şiddətli bir sınaq olacaq".

Nəşrin yazdığına görə, general öz mövqeyini Rusiya ilə qarşıdurma kontekstində formalaşdırıb.

Baş Qərargah rəisi həmçinin müdafiə büdcəsinin gücləndirilməsi və ölkənin silahlarının müasirləşdirilməsinin vacibliyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş