3 təşkilat kütləvi tətil üçün sentyabrın 18-ni seçib
Fransada dəmiryolçuların 70 faizindən çoxunu birləşdirən 3 həmkarlar təşkilatı bu sahədə çalışanları kütləvi tətilə çağırıb.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, 3 təşkilat kütləvi tətil üçün sentyabrın 18-ni seçib. Onların etirazı 2026-cı il üçün dəmir yollarının büdcəsinin ixtisar edilməsidir.
Parisdəki digər nəqliyyat şirkətlərinin həmkarlar təşkilatları da eyni tarixə kütləvi tətil təyin edib.