Finlandiya ruslar üçün yeni viza növü tətbiq edəcək

Dünya

16.08.2022 - 15:49

Yeni viza növü vətəndaş fəalları və jurnalistlərin gediş-gəlişini asanlaşdırmaq üçün yaradılacaq

Finlandiya hökuməti ruslar üçün humanitar vizanın yeni növünün tətbiqini təklif edib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yeni viza vətəndaş fəalları və jurnalistlərin gediş-gəlişini asanlaşdırmaq üçün yaradılacaq.

Müəllif: Ayna.az