“Rusiya aktivlərinin ümumi dəyəri təxminən 38 milyon avro qiymətləndirilir”
Finlandiya gələcəkdə Rusiya əmlakına həbs qoymağa davam edə bilər. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin məhkəmə icraçıları xidmətinin rəhbəri Aki Virtanen deyib.
Dövlət rəsmisinin sözlərinə görə, Finlandiyada müsadirə edilməli olan Rusiya aktivlərinin ümumi dəyəri təxminən 38 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, dünən Finlandiya məhkəməsinin Rusiyanın 4 milyard avro dəyərində aktivlərinə həbs qoyduğu bildirilmişdi. Söhbət Helsinkidəki Rusiya Elm və Mədəniyyət Mərkəzindən və Rusiya Federasiyasına məxsus ən azı beş başqa daşınmaz əmlakdan gedir.