Filippində 5,8 maqnitudada zəlzələ baş verib

Dünya

05.12.2023 - 21:21

Həkimlər Klinikalar SEO Xidməti

Tələfat və dağıntılar barədə məlumat yoxdur

Filippin sahillərində 5,8 maqnitudada zəlzələ qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Onun sözlərinə görə, yeraltı təkanların episentri təxminən 29 min nəfər əhalisi olan Tandaq şəhərindən 74 km şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, dekabrın 2-də Filippində 7,4 bal gücündə zəlzələ baş verib. Bundan sonra ölkənin cənub-şərqində, eləcə də Yaponiyada sunami təhlükəsi elan edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş