Filip Riker Azərbaycana gəlib

Xəbərlər

08.06.2021 - 16:04

ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən şəxs Bakıdadır

 

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycana səfər edib. AYNA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib.

 

Qeyd olunub ki, Filip Rikerin səfəri iki gün davam edəcək. Səfər çərçivəsində Filip Rikerin keçirəcəyi görüşlər zamanı ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

 

Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker daha əvvəl Gürcüstanda səfərdə olub. O, Azərbaycandan sonra Ermənistana səfər edəcək.

 

Müəllif: Ayna.az