Fidan: “NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilməyib”

Dünya

20.11.2026 - 19:13

“Biz illərdir Suriya və İraqdan gələn təhdidlərlə üzləşirik"

“NATO Yaxın Şərqdən gələn təhdidlər fonunda Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Türkiyə NATO-nun vacib üzvüdür, lakin NATO-nun Avropada yaratdığı təhlükəsizlik arxitekturası Yaxın Şərqdəki təhlükəsizliyimizi təmin edə bilməyib. Biz illərdir Suriya və İraqdan gələn təhdidlərlə üzləşirik", - deyə Fidan Türkiyə Parlamentinin büdcə komitəsindəki müzakirələr zamanı bildirib.

Türkiyə diplomatiyasının rəhbəri qeyd edib ki, bu cür təhdidlər yenidən yarana bilər.

Nazir qeyd edib ki, Avropa təhlükəsizlik arxitekturası illərdir NATO-nun mövcudluğuna əsaslanır, lakin Türkiyənin mövqeyi Avropadan kənardakı vəziyyəti də nəzərə almağı tələb edir.

Alyansın təhlükəsizlik məqsədlərindən danışan Fidan əsas məqsədi üzvləri arasında qarşılıqlı təcavüzkarlıq zəmanətlərinin gücləndirilməsi kimi gördüyünü deyib. Türkiyə xarici işlər naziri qeyd edib ki, ikinci məqsəd hücumlara birgə cavab verməkdir.

Xatırladaq ki, Türkiyə 1952-ci ildə NATO-ya qoşulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş