FHN xilasetmə görüntüləri yayıb - VİDEO

Xəbərlər

15.02.2024 - 16:37

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onbirmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2020-ci il təvəllüdlü azyaşlını xilas ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş