FHN Türkiyədə yanğınların söndürülməsi işləri barədə məlumat yayıb

Xəbərlər

08.08.2021 - 19:53

Həkimlər Klinikalar SEO Xidməti

FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatlarını davam etdirirlər

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını davam etdirirlər.

 

FHN-dən AYNA-ya bildirilib ki, avqustun 5-dən Türkiyəyə yola salınmış və tərkibinə 40 ədəd yanğınsöndürmə texnikası və 160 nəfər şəxsi heyət daxil olan qrup da artıq yanğınların söndürülməsi əməliyyatlarına qoşulub.

 

Hazırda Muğla Ören ərazisində yerləşən strateji əhəmiyyətli Yeniköy və Kəmərköy istilik elektrik stansiyalarında yanğından mühafizə tədbirləri davam etdirilir, sutkalıq növbətçilik təşkil olunub. Ötən gün ərzində FHN-in yanğın-xilasetmə qüvvələri tərəfindən Yeniköy istilik elektrik stansiyasına yaxın olan ərazilərdə gecə saatlarında kəşfiyyat, yanğınsöndürmə və soyutma işləri həyata keçirilib.

 

Bundan başqa, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri Türkiyənin Kəmərköy, Yunaklı dağ, Kozağac, Köyceğiz, Aydın Akçaova rayonlarında meşə yanğınlarının söndürülməsi istiqamətində uğurlu fəaliyyətlərini davam etdiriblər. Bir sıra istiqamətlərdə işlər gecə saatlarında da davam etdirilib.

 

Həmçinin, ötən sutka ərzində Köyceğiz istiqamətində yanğınların söndürülməsinə cəlb edilən FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi 18 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə, yanğın sahələrinə 165 ton su səpib. Eyni istiqamətdə fəaliyyət göstərən FHN-in helikopteri isə 19 dəfə suboşaltma əməliyyatı həyata keçirməklə, 48 ton su səpib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş