FHN-in Mülki müdafiə qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub 

Xəbərlər

12.10.2024 - 23:52

cedabet dərman SEO Xidməti

Subasmaya məruz qalmış ərazilərdə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunub.

Bu barədə AYNA-ya FHN-dən bildirilib.

Hazırda Nazirliyin qüvvələri tərəfindən subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, bəzi köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş