FHN əməliyyat görüntüləri yayıb - VİDEO

Xəbərlər

17.05.2024 - 10:55

cedabet dərman SEO Xidməti

Liftdə köməksiz vəziyyətdə qalan 3-ü azyaşlı olmaqla 5 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən AYNA-ya bildirilib ki, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti beşinci mərtəbədə dayanıb və vətəndaşlar liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan 3-ü azyaşlı olmaqla 5 nəfər sakini xilas ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş