Fevralın 23-ü ilk Novruz çərşənbəsidir

Cəmiyyət

05.02.2021 - 16:07

Həkimlər Klinikalar SEO Xidməti

Çərşənbələr bu tarixlərdə qeyd olunacaq

 

Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb. AYNA-nın xəbərinə görə, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov “Azərtac”a bildirib ki, bu il ilk - Su çərşənbəsi fevralın 23-nə təsadüf edəcək.

 

X.Mikayılovun sözlərinə görə, martın 2-də Od, martın 9-da Yel (Hava) çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.

 

Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 13:37:00 radələrində baş verəcək.

 

Martın 19-u ölkəmizdə bayram axşamı, 20-i isə bayram günü kimi qeyd ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş