Fələstin Futbol Assosiasiyasının prezidenti İsrail nümayəndəsinin əlini sıxmaqdan da imtina edib
FIFA prezidenti Canni İnfantinonun Fələstin Futbol Assosiasiyasının prezidenti və İsrail Futbol Assosiasiyasının vitse-prezidenti ilə birgə şəkil çəkdirmək təklifi rədd edilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu hadisə Vankuverdə keçirilən 76-cı FİFA Konqresində baş verib.
İmtinadan sonra İnfantino kürsüdən çıxış edərək Fələstin və İsrailin FİFA üzvləri kimi bərabər hüquq və vəzifələrə malik olduğunu bildirib və onları birlikdə işləməyə çağırıb.
Daha sonra təşkilatın prezidenti yenidən hər iki tərəfin nümayəndələrinə yaxınlaşıb və onlara əl sıxmağı təklif edib. Fələstin nümayəndəsi bundan da imtina edib.