Ramin Bayramlı: “Bir həkimimiz koronavirusdan həyatını itirib”
Fədakar həkimlər ölkə rəhbərliyi tərəfindən qiymətəndiriləcək. AYNA xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifiqində deyib.
“Bu günə qədər bir həkimimiz Covid-19 xəstəliyindən həyatını itirib. İndiyə qədər bir çox həkimin, tibb işçisinin vəzifəsini yerinə yetirərkən koronavirusa yoluxması faktı var”, - o bildirib.
Bayramlı qeyd edib ki, tezliklə fədakar həkimlərin qiymətləndirilməsi ilə bağlı ölkə rəhbərliyi də öz qərarını verəcək: “Seçilən həkimlər, tibb işçiləri təltif ediləcək”.