Corc Soros: "Tramp yenidən seçilmək, Zukerberq isə daha çox pul qazanmaq istəyir”
Amerikalı maliyyəçi, siyasi fəal Corc Soros ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı maraqlı açıqlama verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Soros “Facebook” şirkətinin qurucusu və icraçı direktoru Mark Zukerberqin ABŞ Prezidenti Donald Trampın yenidən prezident seçilməsi üçün səfərbər olduğunu iddia edib.
“Zukerberq hər hansı bir yolla artıq şirkət rəhbərliyindən uzaqlaşdırılmalıdır”, - deyə Soros açıqlamasında bildirib.
Soros Trampla Zukerberq arasında qeyri-rəsmi bir əməkdaşlığın ola biləcəyini də iddia edib: “Bu əməkdaşlıq çərçivəsində “Facebook” Trampın yenidən prezident seçilməsinə kömək edəcək. Bununla da Tramp “Facebook”u tənzimləyicilərdən və mətbuatdan qoruyacaq. “Facebook” bu iddianı rədd etsə də, bu, inandırıcı deyil. Məncə, Tramp və Zukerberq maraqlarının ortaq olduğunu yaxşı bilirlər. Çünki Tramp yenidən seçilmək, Zukerberq isə daha çox pul qazanmaq istəyir”.