Evi tərk edən daha bir COVID-19 xəstəsi saxlanılıb

Xəbərlər

26.11.2020 - 10:39

Polis Bərdə sakinini yaşadığı ünvana geri qaytarıb

 

Beyləqanda yaşadığı ünvanı tərk edən koronavirus (COVID-19) xəstəsi müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 testi müsbət çıxmış rayon sakini M.Abışovun ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

 

Xüsusi karantin rejiminin tələblərini pozaraq qanunazidd davranan həmin şəxs rayonun Dünyamalılar kəndi ərazisində aşkar edilərək yaşadığı ünvana geri qaytarılıb. Faktla bağlı Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

 

 

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş