Ev heyvanları satmaq adı ilə vətəndaşları aldadan şəxs saxlanılıb

Xəbərlər

13.08.2025 - 10:56

Saxlanılan şəxs onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə elan saytlarında vətəndaşları aldadan 28 yaşlı Orxan Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA.AZ-a verilən məlumata görə, o ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

O.Hüseynovun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş