ETSN rəsmisi: “Biz gecə-gündüz növbə çəkirik, amma FHN vəzifəsini yerinə yetirmir”

Cəmiyyət

31.08.2019 - 11:00

Azərçin Muradov: “Nəzarətsizlik ətraf mühitin məhv olması ilə nəticələnir, səhralaşma kimi təhlükəli proseslər başlayır”

 

“Cox vaxt meşə və yaşıllıqların yanğından ziyan görməsinin səbəbi - əkin sahələrinə məhsul yığımından sonra (yay şumu ərəfəsində) təsərrüfat subyektləri tərəfindən bilərəkdən od vurulması olur. Sahənin ətrafını şumlasalar belə, yanğın ətraf ərazilərə yayılır, o cümlədən meşə yanğınlarına səbəb olur”.

 

Bu fikirləri AYNA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) İlisu Dövlət Təbiət Qoruğunun mühafizə üzrə direktor müavini Azərçin Muradov səsləndirib. Onun sözlərinə görə, nə qədər ki, bu subyektlər cəzasız, nəzarətsiz qalacaq, meşə və sair biosenozlarımız məhv olmaqda davam edəcək.

Rəşad Rüstəmov