Əsəd ordusunun hücumunda xeyli sayda insan həyatını itirib

Dünya

17.01.2020 - 05:54

Həkimlər Klinikalar SEO Xidməti

Əsəd rejimi Suriyada yenidən qətliamlara başlayıb

 

Suriyada Əsəd rejiminin İdlib şəhərinə təşkil etdiyi hücumlar davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hücumlar nəticəsində ölənlərin sayı 19-a yüksəlib, 60-dan çox mülki şəxs isə yaralanıb.

 

Belə ki, Rusiya və Türkiyənin təşəbbüsü ilə atəşkəs elan edilməsinə rəğmən, dünəndən etibarən Əsəd rejimi İdlib şəhərinin məkəzinə, bazarlara və sənaye bölgələrinə ardıcıl hücumlar təşkil edib. Dağıntılar altında qalan və yaralananlar ətrafdakı xətəxanalara yerləşdirilsə də, ölü sayının durmadan artdığı bildirilib. 

 

Yerli mənbələr hücum səbəbilə ərazidəki bina və nəqliyyat vasitələrinin də zərər gördüyünü vurğulayıb.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş